АЗЕРБАЙДЖАНСКАЯ ДИАСПОРА 💙❤💚
Азербайджанская молодёжная община города Лунд в Швеции.
Наша сила - в единстве! 🇦🇿🇦🇿🇦🇿
3
5
39
Евгеша-Сафович Вершинин2 июня 06:25
🫶🫶🇦🇿🫶🫶🇦🇿
Елшан Мустафаев2 июня 08:08
❤❤❤❤❤
Tahir Aekberov2 июня 08:28
Yeni dünya nizamının qurulması prosesinin çox gərgin getdiyi indiki zamanda, ABŞ prezidenti D.Tramp Çinə səfəri və dörd gündən sonra Rusiya prezidenti V.Putinin də tələsik Çinə səfər edərək Si Cinpinlə görüşlərinin, geosiyasi müharibələrin postulatları prizmasından baxıb, hadisələrin səbəbini və mahiyyətini anlamağa çalışaq. Ukrayna Rusiya və ABŞ-İsrailin İran müharibələri fonunda bu səfərlərdə məqsəd hər iki tərəfin iqtisadi və hərbi qüdrətə çatan Çinlə münasibətlərini etibarlı və daha yüksək səviyyəyə çatdıraraq geosiyasi mövqeyini daha da gücləndirməkdir. ABŞ-ın İran üzərində tam qələbə qazana bilməməsinin əsas səbəbi Rusiyanın siyasi və geosiyasi "məsləhət"ləri, Çinin isə müxtəlif elektron sistemi ilə yardımlarıdır. Bu yardımlar İranın tam təslim olmasının qarşısını alır. ABŞ prezidenti Çin həmkarı ilə mümkün xoş sözlərlə onunla dost və müttəfiq olmasına çalışdı. D.Tramp çox incə sətiraltı eyhamlarla həmkarına mesaj verirdi ki, gəlin rəqabətimizi münaqişəyə çevirməyək. ABŞ prezidenti hətta hər zaman hərbi yardım etdiyi Tayvand haqqında həmkarının bəyan etdiyi "Tayvan bizim qırmızı xəttimizdir" bəyanatını da sakit qarşıladı. D.Trampın Çinə səfərində əsas məqsəd İrana Çinin yardım etməməsi haqqında razılığa gəlmək və Cini ABŞ-la eyni geosiyasi müstəviyə çəkməklə Rusiya ilə münasibətlərində ABŞ və qərbin maraqlarını nəzərə almasına nail olmaqdır.
Bu səfərdən dörd gün sonra Rusiya prezidentinin tələsik Çinə səfər etməsi, geosiyasi münasibətlərdən Rusiyanın nə qədər narahat olduğunu göstərir. Məntiqi təfəkkürlə düşünsək belə nəticəyə gəlmək olur ki, prezident V.Putin Çinli həmkarına anlatmağa çalışıb ki, əgər ABŞ İrana tam qalib gəlsə növbə Rusiya və Çinə çatacaq. Ona görə də İran məğlub olmamalıdır. ABŞ-ın təklifləri ilə İran razılaşmasa və sülh müqaviləsi olsa, o zaman ABŞ-ın geosiyasi nüfuzu zəifləyəcək, Rusiya və Çinə qarşı hücumları daha zəif olar və ümumiyyətlə bu vəziyyətdə tarazlıq yaranar.
Çin prezidenti hər iki tərəflə son dərəcə təmkinli olaraq, hər iki lideri hörmətlə qarşıladı. Çin prezidenti özünü beynəlxalq aləmdə supergüc kimi apardı. Rusiya isə özünü formal olaraq super güc kimi aparsa da, o artıq iqtisadi, siyasi, maliyyə, geosiyasi mövqeylərinə görə Çindən zəifdir.
Bu gün beynəlxalq münasibətlər sistemi iki əsas güc olan ABŞ və Çin üzərindən formalaşmaqdadır. Rusiya və digər güclər bu iki gücün birinin orbitinə düşərək təsir zonasında olmağa məcbur ediləcək. Bu o deməkdir ki, birinci bu iki supergüclərin maraqları nəzərə alınacaq. Sonra isə digər dövlətlərin maraqları nəzərə alınacaq. Bu tarix boyu geosiyasi münasibətlərin postulatıdır, yazılmayan dəmir qanundur!
Çin İrana açıq yardım etməyəcək. İran xalqlarının xoşbəxtliyi, İranın müstəqilliyi və ya Rusiyanın Ukraynada tam qələbəsi və geosiyasi qüdrəti yüksək olması, Çinə qətiyyən maraqlı deyil. Çin hər iki tərəfdən ucuz mal almaqda, hər ikisinin zəif və sözəbaxan olmasında maraqlıdır və bu istiqamətdə siyasət aparmaqdadır. Çinin Rusiya ilə milli valyutada ticarət etməsi də ABŞ, qərb güc mərkəzinin maliyyə sisteminə qarşı, dolların dünya ağalığına qarşı aparılan siyasətin tərkib hissəsidir. Bu Çinin təmkinlə ABŞ-a qarşı sakit mübarizəsidir.
Yeni dünya nizamının qurulması prosesində iki supergüc ABS və Çin ətrafında beynəlxalq münasibətlərin yenidən formalaşması özünü göstərir.
Yeni dünya nizamında öz layiqli mövqeyini tutmaq üçün Türk Dövlətləri Təşkilatı mütləq daha da sürətlə güclənməlidir. Türk dünyasının xalqları öz haqlarını qorumaq üçün, Türk dövlətləri tam müstəqilliklərini qorumaq üçün, yeni dünya nizamının daha ədalətli olması üçün Türk Dövlətləri Təşkilatı mütləq qüdrətli supergücə çevrilməlidir! Bu bütün Türk dövlətlərinin geostrateji hədəfidir! Geniş geostrateji təfəkkürə malik olan Azərbaycan Prezidenti İlham Əliyev bütün bunları bildiyi üçün Qazaxıstanın Türkistan şəhərində TDT-nin zirvə toplantısında çıxışı zamanı həmkarları qarşısında bəyan etmişdir, "Əziz dostlar, ailəmiz olan Türk Dünyası 21-ci əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir!" Olduqca doğru! Müasir beynəlxalq münasibətlər tələb edir ki, TDT super güc səviyyəsinə yüksəlsin!!!
Tahir Aekberov2 июня 08:29
İranda Azərbaycan Türkləri hakimiyyətini mütləq bərpa etməlidir! İran xalqının çıxış yolu, yalnız Azərbaycan Türklərinin xain siyasətlə alınan hakimiyyətinin (1925 15 dekabr) bərpa olunmasındadır. Yalnız bundan sonra İran xalqları azad, bərabərhüquqlu və xoşbəxt yaşaya biləcəklər. Yalnız Azərbaycan Türkləri hakimiyyətini bərpa etdikdən sonra, İran həqiqətən də tam müstəqil və güclü dövlət olacaq! Bax elə buna görə də ABŞ da, qərb də, Rusiya da İranda Azərbaycan Türklerinin hakimiyyətini bərpa olunmasına qarşı 101 ildir birgə mübarizə aparıblar.Rusiya ilə ABŞ, qərb yalnız bu məsələdə müttəfiqdirlər. 1925 çi ildən bu günə qədər İranda Azərbaycan Türkleri öz hakimiyyətlərini bərpa etmək üçün dəfələrlə azadlıq mübarizəsinə qalxıblar. Öz dövlətlərini də qurublar. (1945-1946)Tehranda parlamentləri də bir il fəaliyyətdə olub. Bu gün İranı öz təsir zonasına çəkmək üçün bir-biri ilə mübarizə aparan güclərin sələfləri 100 ildə olmuş azadlıq mübarizələrini qan içində boğublar. Bu gün də bu güclərin siyasəti davam etməkdədir. Onlar güclü İran dövlətini qətiyyən istəmirlər. Bax buna görə də xarici güclər, İranda Azərbaycan Türklərinin hakimiyyətini bərpa olunmasını istəmirlər. Ona görə də Türk Dövlətləri Təşkilatı mütləq ən qüdrətli güc mərkəzi səviyyəsinə yüksəlməlidir! Türk dünyasının maraqlarını, Türk xalqlarının hüquqlarını və dünyada sülhü etibarlı qoruyan güc mərkəzinin olması, ZAMANIN TƏLƏBİDİR!